Ali Yeşildaş ekstradisiya ediləcək

Dünya

24.07.2024 15:38

Yunanıstan Türkiyənin “İnterpol” xətti ilə axtarışa verdiyi Ali Yeşildağı ekstradisiya edir.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, bu barədə Yunanıstanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurası qərar qəbul edib.

Qeyd edək ki, Ə.Yeşildağ 2023-cü ildə Yunanıstanda saxlanaraq sərhədi qanunsuz keçmək ittihamı ilə həbs olunmuşdu.

Türkiyə isə A.Yeşildağı 1986-cı ildə törətdiyi soyğun cinayətinə görə “İnterpol” xətti ilə axtarışa vermişdi.

tag: Ali Yeşildaş, Yunanıstan, Türkiyə, Ekstradisiya, KİV, todaypress.az,