Ali Radası faydalı qazıntılara dair sazişi ratifikasiya etdi

Dünya

08.05.2025 16:03

17

Ukrayna Ali Radası ABŞ ilə faydalı qazıntılara dair sazişi ratifikasiya edib. 

TodayPress xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb. 

Bildirilib ki, ABŞ ilə imzalanmış faydalı qazıntı sazişinin lehinə 338 səs verilib. 

Qeyd edək ki, mayın 1-də Vaşinqton və Kiyev ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etməsi ilə bağlı saziş imzalayıb.

tag: Ukrayna,Ali Rada,Saziş,Ratifikasiya,Todaypress.az,