Ali Radanın deputatı dövlətə xəyanətdə ittiham edildi
Ali Radanın deputatı Yevgeni Şevçenkoya
dövlətə xəyanət şübhəsi barədə bildiriş təqdim edilib.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Dövlət
İstintaq Bürosunun teleqram kanalında bildirilib.
Bildirilib ki, parlamentari ölkənin müdafiə qabiliyyətinə
və informasiya təhlükəsizliyinə ziyan vurub.
"Deputat Ukraynanın müdafiə qabiliyyətinə və
informasiya təhlükəsizliyinə ziyan vurmağa Rusiyanın tam miqyaslı
müdaxiləsindən əvvəl başlayıb. Belə ki, 2021-ci ildə o, Belarus ərazisindən
Rusiyanın tam miqyaslı müdaxilə təhlükəsinin olmaması barədə yanlış məlumatlar
yayıb" bildirilib.
Bundan əvvəl deputat ona qarşı açılan işi
"Zelenskinin qisası" adlandırmışdı.
tag: Ali Rada, Yevgeni Şevçenoya, Ukrayna, Deputat, todaypress.az,