Ali Rada səfərbərlik yaşının dəyişdirilməsini tələb etdi
Dünya
13.08.2024 12:45
Ukrayna Ali Radasının deputatı Roman Kostenko ölkədə səfərbərliyin 20 yaşda qərarlaşmasını tələb edib.
TodayPress xəbər verir ki, o, bunu “Ukrayinska Pravda” nəşrinə müsahibəsində deyib.
“Bizim həqiqətən də problemimiz odur ki, indi orduya çağırılanların çoxu kifayət qədər yaşlıdır. Hesab edirəm ki, bizdə hərbi xidmətə çağırış yaşı 20-dən 50-yə qədər olmalıdır. Ondan yuxarı hər kəs öz istəyi ilə səfərbər ola bilər, ancaq döyüş hissələrində gənclər olmalıdır” deyə deputat bildirib.
Qeyd edək ki, hazırda ölkədə səfərbərliklə bağlı ciddi müzakirələr gedir.
Töhfə Səməd
tag: Ukrayna, ALİ Rada, Hərbi Xidmət,Roman Kostenko,Deputat, todaypress.az,