Ali Rada Roma Əsasnaməsini ratifikasiya etdi

Dünya

21.08.2024 14:43

Ukrayna Ali Radası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

TodayPress xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb. 

Bildirilib ki, müvafiq qanun layihəsinə 281 xalq deputatı səs verib.

Qeyd edək ki, söhbət ratifikasiyadan getdiyi üçün ikinci oxunuşa ehtiyac olmayıb.

Roma Statutu Ukraynaya statutun üzvü olan dövlətlərin toplantılarında iştirak hüququ qazandırır, həmçinin ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə tamhüquqlu üzv olmasını da şərtləndirir. 

Əsas üstünlük isə Kiyevin Rusiya hərbçilərini törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməkdən ibarətdir. 

Qeyd edək ki, sənədin bu müddəası öz ərazi bütövlüyünü qoruyan Ukrayna hərbçilərinə şamil edilməyəcək.

Töhfə Səməd

tag: Ukrayna, Rusiya, Kiyev ,Beynəlxalq Cinayət Məhkəməsi ,Ali Rada, todaypress.az,