Ali Rada qadınların səfərbər edilməsi istiqamətində ilk addımı atdı
Dünya
05.12.2024 15:28
Ali Rada hərbi qeydiyyat və tibbi ixtisası olmayan qadınların səfərbər edilməsi imkanları haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
“Müvafiq qanun layihəsində ibtidai hərbi hazırlığı başa vurmuş qadınların avtomatik olaraq hərbi qeydiyyata alınması və hətta həkim olmasa belə, səfərbər ola bilməsi qaydası var” Radanın deputatı Aleksey Razumkova qeyd edib.
Millət vəkili belə bir normanın növbəti oxunuş üçün ləğv edilməsinə çağırıb. Onun fikrincə, bu, qadınların səfərbərliyinə imkan yaradır.
Töhfə Səməd
tag: Layihə ,Qanun ,Aleksey Razumkov ,hərbi ,todaypress.az,