Ali Rada Baş komandanı istefaya çağırdı

Dünya

29.07.2024 18:00

Ali Radanın deputatı Aleksey Qonçarenko Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin istefasını tələb edib.

TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. 

“Bizə yeni simalar lazımdır. Yeni ordu. Dəyişməsək, öləcəyik. Sırski getməlidir” deyə bildirib. 

O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Yuri Sodolun cinayət məsuliyyətinə cəlb edilməsi zəruridir. Ordunun bu gün qarşılaşdığı problemlərdə isə Ukrayna prezidenti Volodimir Zelenski günahkardır. 

Töhfə Səməd

tag: Ali Rada, Aleksandr Sırski, Ukrayna, Yuri Sodol, Zelenski, todaypress.az,