Aksiya zamanı ixtişaşlar törədən 12 nəfərə cinayət işi açıldı

Dünya

17.06.2024 14:25

İyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatının İrəvanın Baqramyan prospektindəki mitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.

TodayPress-in xəbərinə görə, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlı isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib. Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb. 

Əməliyyat-istintaq tədbirləri zamanı bu şəxslərin aksiya zamanı kütləvi iğtişaşlar törətdiyi müəyyən olunub.

tag: Aksiya, İxtişaşlar, Baqrat, Əməliyyat-istintaq, İğtişaş, todaypress.az,