AK Si Cinpinin Moskva səfərinə münasibət bildirdi
“Avropa Komissiyası (AK) Çin Xalq Respublikasının Sədri Si Cinpinin Moskvaya 9 May – Qələbə Günü tədbirlərində iştirak üçün səfərini “nəzərə aldı”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə AK-nın nümayəndəsi Anvar əl-Anuni məlumat verib.
Əl-Anuni bəyan edib ki, Aİ Çin Xalq Respublikasını Ukraynadakı münaqişə kontekstində Rusiyaya “əsas yardım göstərən tərəf” hesab edir.
Brifinq zamanı Avropa Komissiyası nümayəndələri Si Cinpinin Moskvaya səfəri ilə bağlı rəsmi etiraz olub-olmayacağı sualını cavabsız qoyublar.
Xatırladaq ki, mayın 7-də Si Cinpin Pekindən Moskvaya Qələbə Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak etmək üçün yola düşüb.
Qiymət Mahir
tag: Avropa,AK,Çin,Si Cinpin,Moskva,todaypress.az,