AK: “Rusiya enerjisinə ödədiyimiz pulla 2400 “F-35” almaq olardı”

Dünya

26.03.2025 11:12

2218

Avropa Komissiyasının (AK) energetika üzrə nümayəndəsi Den Yorqensen Rusiyadan enerji asılılığını azaltmağa çağırıb.   

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “N-tv” telekanalı məlumat yayıb. 

Yorqensenin sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya ilə ticarətə davam etdikcə Kremlin hərbi büdcəsini dolayısı ilə maliyyələşdirir:   

“Ukraynada müharibə başlayandan bəri Rusiyadan alınan qaz və digər fosil yanacaqlara elə məbləğ xərcləmişik ki, bu pulla 2400 ədəd “F-35” qırıcı təyyarəsi almaq olardı. Bu, tamamilə məntiqsizdir”. 

Avrokomissar bu vəziyyəti “inanılmaz” adlandırıb və əlavə edib ki, bu yanaşma Rusiya hərbi büdcəsini gücləndirməkdən başqa bir şey deyil. 

Qiymət Mahir

tag: Avropa Komissiyası,Rusiya,Qaz,F-35,Todaypress.az,