AK rəhbəri ruslara vizaların verilməsini sərtləşdirmək istəyir

Dünya

15.10.2024 16:04

1745

Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Leyen Avropa İttifaqı dövlət başçılarını ruslara vizaların verilməsində yeni yanaşma hazırlamağa çağırıb. 

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə onun ölkə liderlərinə ünvanladığı məktubda yazılıb.

"Rusiyadan gələn turistlərin yarada biləcəyi təhlükə risklərini nəzərə alaraq, biz üzv dövlətlərlə ilin sonuna qədər onlara vizaların verilməsində yeni yanaşma hazırlamaq isləyirik" deyə Fon der Leyen bildirib. 

O, qeyd edib ki, Avropa İttifaqının Ukraynadakı münaqişənin nəticələri ilə bağlı Rusiyaya daha güclü mesaj göndərmək imkanı var.

Günəş Mərd

tag: Avropa Komissiyası ,Ursula Fon Der Leyen, Avropa İttifaqı ,Rusiya ,todaypress.az,