AK rəhbəri: Ölkələr əməkdaşlıq üçün növbəyə düzülüb

Dünya

22.04.2025 12:30

3

ABŞ prezidenti Donald Trampın bir çox ölkəyə idxal rüsumları tətbiq etməsindən sonra bəzi dövlətlər Avropa İttifaqı (Aİ) ilə daha sıx əməkdaşlığa maraq göstərir. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, İslandiya, Yeni Zelandiya, Malayziya, Filippin, Kanada, Hindistan və BƏƏ kimi ölkələr Aİ ilə ticarət tərəfdaşlığına maraq göstərir. 

O, əlavə edib ki, qlobal qeyri-sabitlik fonunda Avropa sabit və etibarlı tərəfdaş kimi seçilir.

Lyayen vurğulayıb ki, Aİ-yə dəstək tarixi rekord səviyyəyə çatıb. Belə ki, vətəndaşların 74%-i Aİ üzvlüyünü dəstəkləyir.

Qeyd edək ki, Tramp 185 ölkədən gələn məhsullara 10% idxal rüsumutətbiq edəcəyini açıqlayıb. Lakin sonra 75 ölkə ilə danışıqlara hazır olduğunu bildirərək bu tarifləri 90 günlük dayandırıb. 

Türkan İsgəndərli

tag: Avropa Komissiyası ,Ursula Fon Der Leyen, Avropa İttifaqı ,Rusiya ,todaypress.az,