AK rəhbəri: “Avropa azadlıq uğrunda yenidən mübarizə aparmalıdır”
Dünya
27.11.2024 16:14
İkinci müddətə seçilən Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropanın Kiyevin müdafiə etdiyi eyni azadlıq uğrunda mübarizə aparmalı olacağını vurğulayıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, o, bu barədə Avropa Komissiyasının proqramında bildirib.
“Bizim avropalı nəsil azadlıq və suverenlik uğrunda yenidən mübarizə aparmalıdır” deyə o, vurğulayıb.
Fon der Leyen həmçinin qeyd edib ki, azadlıq və demokratiya uğrunda döyüş bütün avropalıları birləşdirir və onun nəticələri dünyanın gələcəyini formalaşdıracaq.
Günəş Mərd
tag: AK, Ursula, Avropa, Demokratiya,todaypress.az,