AK-nin vitse-prezidenti Ermənistana gedəcək

Dünya

06.09.2024 18:17

Avropa Komissiyasının (AK) vitse-prezidenti Marqaritis Şinas viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq üçün sentyabrın 9-da İrəvana səfər edəcək.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Bildirilib ki, o, ölkə prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirəcək.

Bundan başqa, M.Şinas İrəvan Dövlət Universitetində çıxış edəcək.

tag: Avropa Komissiyası, Marqaritis Şinas, Viza ,Ermənistan ,todaypress.az,