AK islahatlar üçün Moldovaya daha 50 milyon avro ayırdı
Avropa Komissiyası (AK) Moldovaya ölkədə
islahatların aparılması üçün daha 50 milyon avro ayırıb.
TodayPress xəbər verir ki, bunu AK rəhbəri Ursula fon
der Lyayen “X” sosial şəbəkəsində bildirib.
“Bu gün biz islahatlara və iqtisadi sabitliyə dəstək üçün
50 milyon avro yardım etdik” o yazıb.
AK rəhbərinin sözlərinə görə, Moldova Aİ yolunda öz
ədliyyə sistemində islahatlar aparmağa çalışır.
“Hakimlərin və prokurorların dürüstlüyünün
qiymətləndirilməsi qanunun aliliyinin təmin edilməsi üçün vacibdir. Biz
hakimlərin yoxlanılmasını sürətləndirmək üçün yol xəritəsini müzakirə etdik və
Aİ-nin buna dəstəyini 10 milyon avroya çatdırdıq” o əlavə edib.
Fon der Lyayen həmçinin vurğulayıb ki, Aİ 2025-ci ildə
Moldovanın üzvlük danışıqlarının əsas mərhələsinin başlamasını səbirsizliklə
gözləyir.
tag: Moldova, Ursula, Avropa İttifaqı,Lyayen, todaypress.az,