AK-dən Slovakiyaya xəbərdarlıq

Dünya

24.07.2024 18:30

Slovakiya xaricdən maliyyə alan qeyri-hökumət təşkilatları (QHT) üçün “xarici agent statusu” haqqında qanunu qəbul etməyə davam edərsə, ona qarşı rəsmi proseslərə başlayacaq.  

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Brüsseldə keçirdiyi mətbuat konfransında şəffaflıq üzrə Avropa komissarı Vera Yurova bildirib. 

"Slovakiya QHT-lər haqqında qanunun qəbulu baxımından Macarıstanın yolu ilə getsə, biz dərhal pozuntunun aradan qaldırılması üçün prosedura başlayacağıq" deyə Yurova qeyd edib. 

Qeyd edək ki, Slovakiya parlamentində xaricdən ildə 5000 avrodan çox vəsait alan istənilən QHT-yə “xarici dəstəkli təşkilat” statusu verilməsi ilə bağlı qanuna baxılır.

Günəş Mərd

tag: Avropa Komissiyası, Slovakiya, QHT, Xəbərdarlıq, todaypress.az,