AK Avropa Rəqabətlilik Fondunun yaradılmasını istədi

Dünya

21.08.2024 01:00

Avropa Komissiyasının büdcəsinin bir hissəsi kimi yeni Avropa Rəqabətlilik Fondunun yaradılması nəzərdə tutulur.

TodayPress xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.

“Sənaye rəqabət qabiliyyətimizi artırmaq mənim iyul ayında irəli sürdüyüm Avropa Komissiyasının yeni beşillik proqramının mərkəzi sütunudur. Mən ilk olaraq yeni büdcəmizin bir hissəsi qismində yeni Avropa Rəqabətlilik Fondunun yaradılmasını təklif edəcəyəm. O, strateji texnologiyalara sərmayə qoyacaq və Ümumi Avropa Maraqları yönündə mühüm layihələrimizə töhfə verəcək” AK Prezidenti deyə qeyd edib.

Ursula fon der Lyayen hesab edir ki, növbəti addım AK-nin investisiya komissiyasının formalaşdırılması olmalıdır.

“Həmçinin yeni mandatın ilk 100 günündə mən yeni Təmiz Sənaye Müqaviləsi təklif edəcəyəm. Onun əsas məqsədlərindən biri ucuz təmiz enerjiyə çıxışı təmin etmək olacaq” deyə o, bildirib.

tag: Avropa, Avropaa Komissiyası,Sənaye,Ursula fon der Lyayen ,todaypress.az,