"Airbus" Almaniyanın Silahlı Qüvvələrinə 2,5 milyard dollara iki peyk satacaq
Dünya
06.07.2024 00:00
"Airbus" 2,5 milyard dollara
Almaniyanın Silahlı Qüvvələri Bundesveri iki yeni nəsil geostasionar rabitə
peyki “SATCOMBw 3” ilə təmin edəcək.
TodayPress xəbər verir
ki, bu barədə “SpaceNews” nəşri xəbər verib.
“Airbus Defence and Space”
şirkəti ilə Almaniya Silahlı Qüvvələri arasında bağlanan saziş onilliyin sonuna
qədər kosmik gəmilərin inşasını və buraxılmasını, həmçinin yer bazasının
modernləşdirilməsini və 15 il ərzində əməliyyat dəstəyini nəzərdə tutur.
Yeni kosmik gəmi 15 il əvvəl aşağı Yer orbitində yerləşdirilən “SATCOMBw 2” sistemini əvəz etməlidir.
tag: Airbus, Almaniya, SATCOMBw 3, Bundesver, todaypress.az,