AİB Pakistana 400 milyon dollar kredit ayırdı

Dünya

26.07.2024 16:11

Asiya İnkişaf Bankı (AİB) Pakistanın cənubundakı Sind əyalətində 2022-ci ildə dağıdıcı daşqınlar nəticəsində zədələnmiş evlərin və icma infrastrukturun yenidən qurulmasına dəstək üçün 400 milyon ABŞ dolları dəyərində güzəştli krediti təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb. 

AİB-in məlumatına görə, Sind əyalətində 2022-ci ildə baş verən daşqınlar nəticəsində təxminən 2,1 milyon ev tamamilə dağılıb və ya zədələnib. İki il keçsə də, minlərlə insan hələ də müvəqqəti sığınacaqlarda, çadırlarda yaşayır.

Töhfə Səməd

tag: Asiya, Pakistan, Sind, AİB, Daşqın, ABŞ, todaypress.az,