Aİ Yaxın Şərqi sülhə dəvət etdi

Dünya

06.08.2024 10:06

“Avropa İttifaqı Yaxın Şərq ölkələrini gərginliyi azaltmağa çağırıb, region hazırda müharibənin astanasındadır”.

TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı daha bir fəlakətin qarşısını almalıdır. 

O, həmçinin eskalasiyanın qarşısını alan hər kəsin məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirib.

Töhfə Səməd

tag: Avropa İttifaqı, Eskalasiya,Yaxın Şərq,Cozef Borel, Ali Nümayəndə, todaypress.az,