Aİ Yaxın Şərq ölkələrinə silah embarqosundan danışdı
Avropa İttifaqı (Aİ) Yaxın Şərq ölkələrinə silah tədarükünə embarqo qoya bilməz, çünki bu məsələ Aİ-yə üzv ölkələrin milli orqanlarının səlahiyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi Peter Stano Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
O, jurnalistlərin Aİ-nin Yaxın Şərqdəki münaqişəni həll etmək üçün bütün Yaxın Şərqə silah embarqosu tətbiq edə biləcəyi ilə bağlı sualını cavablandırarkən bildirib ki, Aİ-nin silah ticarəti sahəsində heç bir səlahiyyəti yoxdur, bu məsələ üzv dövlətlər tərəfindən həll edilir.
Töhfə Səməd
tag: Avropa İttifaqı ,Xarici İşlər Naziri ,Yaxın Şərq ,Silah ,todaypress.az,