Aİ XİN rəhbərləri Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcəklər
Dünya
12.01.2025 15:45
Avropa İttifaqının xarici işlər nazirləri ayın sonunda Brüsseldə görüşəcəklər.
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas Suriya ilə bağlı Ər-Riyad danışıqlarına gedərkən jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu görüşün əsas məqsədi Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə etməkdir.
Töhfə Səməd
tag: Avropa İttifaqı,XİN,Brüssel,Kaja Kallas,Suriya ,Ər-Riyad,todaypress.az,