Aİ və Ukrayna Kiyevə yardım paketi ilə bağlı memorandum imzaladı
Dünya
28.11.2024 19:45
Avropa İttifaqı və Ukrayna Kiyevə 18,1 milyard avro məbləğində kreditin ayrılması barədə anlaşma memorandumu imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbərinin müavini Valdis Dombrovskis bildirib.
Bu, G7 sazişi çərçivəsində Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən mənfəətlə ödənilməli olan məbləğdir.
tag: Aİ,Ukrayna,Yardım ,Paket,Avro,G7,todaypress.az,