Aİ və Britaniya yeni müdafiə sazişi imzalayacaq
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya, Britaniya qoşunlarının Aİ hərbi əməliyyatlarında iştirakına imkan verən yeni təhlükəsizlik və müdafiə sazişi təqdim etməyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə "The Times" nəşri sənəd layihəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, gələn həftə elan olunacaq bu saziş, Böyük Britaniyanın "Brexit"dən sonra Aİ ilə quracağı ən yaxın əməkdaşlıq nümunələrindən biri olacaq.
Yeni müdafiə və təhlükəsizlik paktı, Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda hazırlanıb.
Sazişin məqsədi təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və mütəmadi strateji məsləhətləşmələr aparmaqdır.
Türkan İsgəndərli
tag: Aİ,Britaniya,Ukrayna,Rusiya,todaypress.az,