Aİ və ABŞ qarşı-qarşıya
Dünya
21.11.2024 09:54
Amerika və Avropa rəsmiləri Baltik dənizində iki əsas dənizaltı internet kabelinin qırılmasının səbəbi ilə bağlı fikir ayrılığına düşüblər.
TodayPress xeber verir ki, bu barədə "CNN" məlumat yayıb.
Belə ki, noyabrın 17-də və 18-də Litva ilə İsveçi birləşdirən "BCS Şərq-Qərb" və Finlandiyanı Almaniya ilə birləşdirən "C-Lion1" kabelləri qəfildən qırılıb. Avropa İttifaqı (Aİ) bu pozuntunun təxribat aktı olduğunu, ABŞ isə bunun qəza olduğunu iddia edir.
Bundan əlavə, Finlandiya və Almaniyanın xarici işlər nazirləri birgə bəyanatda bu hadisənin “hibrid müharibənin” bir hissəsi ola biləcəyini bildirərək, çıxışlarında Rusiyanı hədəf alıblar.
Bununla belə, insidentin ilkin qiymətləndirilməsi ilə tanış olan iki ABŞ rəsmisi "CNN"ə bildirib ki, zərərin Rusiya və ya hər hansı digər ölkənin qəsdən törətdiyi hesab edilmir. Onların fikrincə, buna lövbərin yoldan keçən gəmi tərəfindən sürüklənməsi səbəb olub. Onlar qeyd ediblər ki, bu cür hadisələr tez-tez olmasa da, əvvəllər də baş verib.
Töhfə Səməd
tag: Aİ, ABŞ, Finlandiya, Rusiya, Almaniya, todaypress.az,