Aİ Ukraynaya yardıma görə hərbi ehtiyatlarının tükəndiyini açıqladı
Avropa İttifaqına (Aİ) üzv ölkələr Ukraynaya yardım göndərdiklərinə görə öz hərbi ehtiyatlarının böyük qismini artık tükədiblər”.
TodayPress xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrell deyib.
“Aİ ölkələrinin Ukraynaya kömək etmək üçün hansı səylər göstərdiyini, hərbi təchizatın həcminin nə qədər böyük olduğunu təsəvvür edə bilməzsiniz. Reallıq isə bundan ibarətdir ki, biz ehtiyatlarımızı tükətmişik və indi onları doldurmalıyıq” deyə o, bildirib.
Borrell qeyd edib ki, Aİ ölkələri istehsalatı fəal şəkildə artırır.
Töhfə Səməd
tag: Avropa İttifaqı, Ukrayna, Hərbi Yardım, Cozef Borrell, Tükənmək, todaypress.az,