Aİ Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edəcək
Avropa İttifaqı (Aİ) ölkələri münaqişə bitdikdən sonra Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“Ukraynaya avropalı sülhməramlıların göndərilməsi məsələsi gec-tez ortaya çıxacaq” nəşr adının açıqlanmasını istəməyən avropalı rəsminin sözlərindən sitat gətirir.
O, etiraf edib ki, Aİ belə bir təşəbbüsü Ukrayna münaqişəsi bitdikdən sonra müzakirə edəcək.
Töhfə Səməd
tag: Ukrayna, Aİ, Avropa, Münaqişə, Sülhməramlı, todaypress.az,