Aİ Ukraynaya qoşun yeritmək üçün koalisiya yaradacaq
Münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərilməsi ilə bağlı Aİ ölkələri arasında konsensus yoxdur, ona görə də bu məsələnin həlli üçün bir neçə dövlətin koalisiyasının yaradılması variantı nəzərdən keçirilir.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Qeyd olunub ki, Avropa İttifaqı NATO-dan deyil, Kiyevlə ikitərəfli razılaşmadan asılı olan 5-8 ölkədən ibarət koalisiya yarada bilər.
Nəşrin məlumatına görə, Britaniya və Fransa artıq Ukraynaya əsgər göndərmək imkanını müzakirə ediblər. Bundan başqa, Kiyev bu məsələni Baltikyanı və Skandinaviya ölkələri qarşısında qaldırıb.
Günəş Mərd
tag: Fransa, Ukrayna, Kiyev, Skandinaviya, todaypress.az,