Aİ Ukraynaya humanitar yardım göndərəcək

Dünya

06.09.2024 14:34

Avropa İttifaqı (Aİ) Ukraynaya humanitar yardım üçün 40 milyon avro ayırıb.

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen "X" sosial şəbəkəsində bildirib.

“Rusiya Ukraynanın enerji infrastrukturunu hədəfə alır. Qarşıdan soyuq aylar gəlir və tezliklə temperatur aşağı düşəcək. Ona görə də ehtiyacı olan ukraynalılara humanitar yardımı artırmalıyıq. Təmir işləri, elektrik, istilik və sığınacaq üçün 40 milyon avro yardım paketi ayırmışıq” deyə o, əlavə edib.

Töhfə Səməd

tag: Avropa İttifaqı, Avropa Komissiyası, Ursula Von Der Lyayen ,Rusiya, Ukrayna, todaypress.az,