Aİ Ukraynaya ayıracağı hərbi yardımın miqdarını açıqladı

Dünya

16.12.2024 13:50

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bu ilin son iclasında Ukraynaya silah tədarükü üçün 6 milyard avro məbləğində vəsaitin ayrılması məsələsinə baxmağı planlaşdırırlar.

TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. 

Onun sözlərinə görə, tədarük Avropa Sülh Fondunun vəsaiti hesabına həyata keçiriləcək.

"Bizə yeni silahlar yox, Ukraynada atəşkəs lazımdır" deyə o vurğulayıb.

tag: Aİ, Macarıstan ,İqtisadi, Vəsait ,todaypress.az,