Aİ Ukraynaya 900 milyon avro ayıracaq
Avropa İttifaqı(Aİ) 2025-ci ilin sonuna qədər Ukraynaya silah və sursat alınması üçün dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlərdən 900 milyon avro ayırmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius Brüsseldə keçirilən Aİ-Ukrayna hərbi əməkdaşlığı konfransında çıxışı zamanı bildirib.
Kubilius vurğulayıb ki, bu məbləğ ilin sonunadək Ukraynaya yönləndiriləcək və əsasən hərbi təchizatın gücləndirilməsinə xidmət edəcək.
O həmçinin xatırladıb ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da mayın 9-da Lvovda keçirilən görüşdə Ukraynanın hərbi sənayesinə 1 milyard avro sərmayə qoyacağını vəd edib.
Bu vəsaitin müxtəlif növ pilotsuz uçuş aparatlarının istehsalına yönəldilməsi planlaşdırılır.
Aysel Mətləb
tag: Avropa İttifaqı,Ukrayna,Rusiya,Avro,Todaypress.az,