Aİ Ukraynaya 35 milyard avro kredit ayıracaq

Dünya

20.09.2024 14:25

1450

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro kredit ayıracaq.

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro (39 milyard dollar) kredit ayırmağı planlaşdırır.

Bildirilib ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Kiyevə səfəri zamanı məlumat verib.

tag: Avropa İttifaqı, Prezident ,Ursula Fon Der Leyen ,Kiyev,Rusiya ,todaypress.az,