Aİ Ukraynaya 18 milyard avro kredit vermək niyyətindədir
Dünya
23.10.2024 06:44
Avropa İttifaqı (Aİ)
Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə edərək
Ukraynaya beynəlxalq kredit üçün təxminən 18 milyard avro ayırmağı
planlaşdırır.
TodayPress DPA agentliyinə istinadən verdiyi məlumata
görə, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner Nyu-Yorka səfəri zamanı
deyib.
“Bu həftə biz Ukraynaya dəstək istiqamətində irəliləyişin
astanasındayıq” siyasətçi bildirib.
Eyni zamanda o, ABŞ-nin maliyyə naziri Canet Yellenin
Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kreditin
Amerika hissəsinin 20 milyard dollar təşkil edəcəyi barədə bəyanatını yüksək
qiymətləndirib.
"Bu, həm də Avropa İttifaqından 18 milyard avro
məbləğində dəstək üçün yol açır" Lindner vurğulayıb.
tag: Rusiya, Ukrayna, Almaniya, ABŞ, todaypress.az,