Aİ Ukraynaya 160 milyon avro ayıracaq
Avropa İttifaqı Ukraynanın enerji infrastrukturu üçün 160 milyon avro ayırır ki, bunun da 100 milyon avrosu Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən götürülüb.
TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen məlumat verib.
Qeyd edək ki, yardımın göndərilmə tarixi açıqlanmayıb.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Ukrayna,Enerji,Rusiya,Avropa Komissiyası,Ursula Fon der Lyayen,Yardım,todaypress.az,