Aİ Ukraynanın Kurska edilən hücumunu dəstəklədi
Dünya
14.08.2024 10:12
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə söhbətində bütün Avropa İttifaqı adından Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunu dəstəklədiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
“Biz Dmitri Kuleba ilə cəbhə xəttindəki son hadisələri və Kursk bölgəsindəki əks-hücum əməliyyatını müzakirə etdik. Aİ-nin Ukrayna xalqının mübarizəsini tam dəstəklədiyini bir daha bəyan etdim” deyə Borrel bildirib.
Görüş zamanı Kuleba Borrelə Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatın təfərrüatları barədə məlumat verib.
Qeyd edək ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər bir həftədir ki, davam edir. Son məlumatlara görə, regionda 28 yaşayış məntəqəsi Ukrayna hərbçilərinin nəzarəti altındadır.
Töhfə Səməd
tag: Aİ, Ukrayna, Kursk, Borrel,Hərbçı,todaypress.az,