Aİ Ukraynanın bərpası üzrə müavin təyin etdi

Dünya

03.09.2024 16:18

Avropa Komissiyasının (AK) Avropa İttifaqının (Aİ) genişlənməsi və Ukraynanın bərpası üzrə nümayəndəsinin müavini əvvəllər ticarət məsələləri üzrə sədr müavini olmuş latviyalı Valdis Dombrovskis olacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.

Qeyd olunub ki, Ursula Fon der Lyayen tezliklə AK-nin rəhbəri kimi yeni müddətə başlayacaq. Buna görə də komissiyanın tərkibini rəsmi olaraq yenidən təqdim etməlidir. Bildirilib ki, AK-nin kadrları artıq bəllidir. Güman edilir ki, Lyayen öz komandasının tərkibini sentyabrın 8-nə qədər açıqlayacaq.

Töhfə Səməd

tag: Avropa Komissiyası,Avropa İttifaqı ,Ursula Fon der Lyayen, AK,Ukrayna, todaypress.az,