Aİ Ukraynadan idxala rüsumları artıracq

Dünya

14.05.2025 10:28

9

Avropa İttifaqı (Aİ) yaxın həftələrdə Ukraynadan idxal olunan məhsullara qoyulan tarifləri artırmağı planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, bu, Ukraynanın iqtisadiyyatına mənfi təsir göstərə bilər. 

Aİ ilə Ukrayna arasında olan xüsusi ticarət sazişlərinin müddəti iyunun 6-da başa çatacaq. Aİ həmin sazişləri “keçid tənzimləmələri” ilə əvəz etmək istəyir. Yeni qaydalar Ukraynadan gətirilən kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumsuz kvotaları azaldacaq.

Qeyd edək ki, fevral ayında Macarıstan da daxil olmaqla bir neçə Şərqi Avropa ölkəsinin kənd təsərrüfatı nazirləri Aİ-yə müraciət edərək Ukraynadan idxala məhdudiyyətlər qoyulmasını tələb ediblər.

Onlar həmçinin Ukrayna məhsullarının Aİ standartlarına uyğun olmasını istəyirlər.

Türkan İsgəndərli

tag: Ukrayna,Macarıstan,Aİ,Rüsum,todaypress.az,