Aİ Ukraynada hərbi istehsalın inkişafına 1 milyard avro investisiya qoyacaq

Dünya

26.11.2024 14:50

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilmiş gəlirlərin 1,5 milyard avro məbləğində ikinci tranşından 1 milyard avro vəsaiti Ukraynada hərbi istehsalın inkişafına yönəltməyi planlaşdırır.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Aİ-nin ədliyyə üzrə komissarı Didye Reynders Strasburqda Avropa Parlamentinin sessiyasında bildirib.

"Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 1,5 milyard avro məbləğində növbəti tranşından Ukraynanın hərbi sənayesinə 1 milyard avro ayırmağı təklif edir" deyə o, qeyd edib.

tag: Avropa İttifaqı, Aİ, Rusiya, Avropa, Komissiya, todaypress.az,