Aİ Trampın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən narahatdır

Dünya

10.01.2025 12:08

Avropa İttifaqı (Aİ) rəsmiləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ağ Evin hazırkı rəhbəri Cozef Baydenin dövründə qəbul edilmiş anti-Rusiya sanksiyalarını və fərmanlarını ləğv edə biləcəyindən getdikcə daha çox narahat olublar. 

TodayPress xəbər verir ki, bu barədə “The Financial Times” (FT) məlumat yayıb.

“Avropa rəsmiləri hesab edir ki, Tramp anti-Rusiya sanksiyalarını və fərmanlarını Avropadakı müttəfiqlər üçün nəticələri nəzərə almadan yalnız Baydenin qərarları olduğuna görə ləğv edə bilər. Avropa Komissiyasının (AK) rəsmiləri ABŞ-nin yeni prezidentinin müəyyən tədbirləri ləğv etməsinin Aİ üçün mümkün nəticələrini təhlil etməyə başlayıblar” qəzet yazıb.     

Nəşrin bildirdiyinə görə, Avropa Komissiyası Ağ Evin gələcək rəhbərinin Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcəyinə ümid edir, çünki Ukraynadakı münaqişənin həlli üçün mümkün danışıqlar zamanı onlardan təsir aləti kimi istifadə oluna bilər. 

Günəş Mərd

tag: Aİ ,Rusiya ,Sanksiya, Tramp ,todaypress.az,