Aİ Trampın hədələrinə cavab verə biləcək?

Dünya

23.01.2025 11:40

Avropa Parlamentinin (AP) norveçli üzvü Per Klausen ABŞ prezidenti Donald Trampın Qrenlandiya və Danimarkaya qarşı təhdidlərinə Avropa İttifaqının (Aİ) reaksiyası ilə bağlı suallar qaldırıb. 

TodayPress xəbər verir ki, bu barədə Klausenin Avropa Komissiyasına (AK) müraciətində deyilir. 

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dəfələrlə Danimarkanı iqtisadi sanksiyalarla hədələyib və onun Qrenlandiyanın ilhaqı ilə bağlı müstəmləkəçi fantaziyalarına müqavimət göstəriləcəyi təqdirdə hərbi əməliyyatları istisna etməyib. Aİ-nin bir ölkəsinə iqtisadi hücumun yekdil cavabla qarşılanacağına dair aydın siqnalın göndərilməsi vacibdir” deyə deputatın məktubunda bildirilib. 

Bununla əlaqədar olaraq, o, AK-yə ABŞ-nin mümkün iqtisadi təzyiqinə Aİ-nin hansı vasitələrlə cavab verməli olduğuna dair suallar verib. 

“Tələblərə tabe olmadıqları təqdirdə ABŞ-nin bir və ya bir neçə Aİ ölkəsinə iqtisadi təzyiqi təhlükəsinə qarşı durmaq üçün Aİ-nin hansı konkret alətləri var? Əgər ABŞ qəfildən, xüsusən də Danimarka mallarına və xidmətlərinə əlavə tariflər tətbiq etmək və Qrenlandiya ilə bağlı münaqişə səbəbindən digər iqtisadi təzyiq formaları tətbiq etmək qərarına gəlsə, Aİ nə qədər tez reaksiya verə bilər?” deyə müraciət müəllifi soruşub. 

Töhfə Səməd

tag: Avropa Parlamenti,ABŞ ,Aİ,Avropa Komissiyası,todaypress.az,