Aİ Suriyaya qarşı sanksiyalarla bağlı mövqeyini açıqladı
Dünya
13.12.2024 20:00
Avropa İttifaqı (Aİ) hələlik Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə etmir və yeni hakimiyyətin hərəkətlərini izləyir.
TodayPress xəbər verir ki, bu barədə "RİA" mənbələrə istinadən məlumat yayıb.
“11 il əvvəl, vətəndaş müharibəsi başlayandan bəri Suriyaya qarşı əhəmiyyətli sanksiyalar tətbiq edilib. Hazırda müzakirə olunan, sanksiyaların götürülməsinə dəyər olub-olmaması deyil. İndi Dəməşqin yeni hakimiyyətinin, xüsusən də etnik və dini azlıqların müdafiəsi ilə bağlı necə hərəkət edəcəyini qiymətləndirmək vacibdir” deyə Brüssel nümayəndələri qeyd ediblər.
Həmçinin qeyd olunub ki, Aİ Suriyanın yeni rəhbərliyinin ölkədə vəziyyətin normallaşdırılması məsələsi ilə bağlı hərəkətlərinə və bunun üçün hansı tədbirlərin görüləcəyinə xüsusi diqqət yetirəcək.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Suriya,Sanksiya,Hakimiyyət,Yeni,Brüssel,todaypress.az,