Aİ Şurasının yeni Prezidenti və Ali Nümayəndəsi Kiyevə səfər etdi

Dünya

01.12.2024 16:55

Avropa İttifaqı (Aİ) Şurasının yeni Prezidenti Antonio Kosta və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas dekabrın 1-i Kiyevə səfər ediblər.

TodayPress xəbər verir ki, bu barədə “Alman dalğası” məlumat yayıb.

Antonio Kosta və Kaja Kallas vəzifələrinin icrasına başladıqları ilk gün Ukraynaya səfər ediblər.

Simvolik səfər Antonio Kosta və Kaja Kallasən vəzifəyə başlamasından bir neçə saat sonra başlayıb.

Səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski, Ukrayna hökumətinin, parlamentinin üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

tag: Aİ,Şura,Antonio Kosta,Kaja Kallas,Ukrayna,todaypress.az,