Aİ Şurası Kiyevə 4,2 milyard avroluq yardım ayırdı

Dünya

06.08.2024 16:23

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya dəstək fondundan Kiyevə təxminən 4,2 milyard avro ayrılması ilə bağlı Aİ səfirlərinin daha əvvəl razılaşdığı qərarı təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə quruma sədrlik edən Macarıstan dövləti tərəfindən məlumat verib.

“Şura yazılı prosedur başa çatdırdıqdan sonra bu gün Ukraynaya Dəstək Fondu çərçivəsində təxminən 4,2 milyard avro məbləğində ilk ödənişin həyata keçirilməsinə qərar verib” deyə bildirilib. 

Töhfə Səməd

tag: Avropa İttifaqı, Macarıstan, Ukrayna, Kiyev, Yardım, todaypress.az,