Aİ şirkətlərə Rusiyadan enerji almağı qadağan edəcək
Avropa İttifaqı şirkətlərə Rusiyadan enerji təchizatı almağı qadağan etmək istəyir.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, Aİ səlahiyyətliləri həmçinin şirkətlərə enerji resurslarının tədarükü üçün Rusiya Federasiyası ilə yeni müqavilələr bağlamağı qadağan etməyi planlaşdırır.
Agentliyin mənbəsinin dediyinə görə, Avropa Komissiyası şirkətlərin cərimə riski olmadan qaz tədarükünə dair Rusiya ilə müqavilələri poza bilməsi üçün hüquqi variantları nəzərdən keçirəcək.
Tədbirlər Rusiyanın enerji mənbələrindən imtinaya dair yol xəritəsi çərçivəsində nəzərdən keçiriləcək.
tag: Aİ,Rusiya,AK,Enerji,todaypress.az,