Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzatdı
Dünya
11.09.2024 14:28
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin daimi nümayəndələri bir neçə nəfəri qara siyahıdan çıxararaq Rusiyaya qarşı fərdi sanksiyaları daha altı ay uzadıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS”a Aİ Şurasındakı mənbə məlumat verib.
“Bəli, səfirlər iki şəxsin siyahıdan çıxarılması ilə sanksiyaların altı ay müddətinə uzadılmasını təsdiqləyiblər” deyən diplomat bildirib ki, bu qərar Aİ Məhkəməsinin onlara qarşı məhdudlaşdırıcı tədbirləri ləğv etməsindən sonra müəyyənləşdirilib.
Mənbənin sözlərinə görə, səfirlərin qərarı tezliklə Aİ Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənəcək və bundan sonra qüvvəyə minəcək.
Töhfə Səməd
tag: Rusiya, Sanksiyalar ,Aİ, Şura ,Ali Məhkəmə, todaypress.az,