Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır

Dünya

10.11.2024 04:00

1899

Avropa İttifaqı Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır.

TodayPress xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Bəli, Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayırıq. Biz sanksiyalardan yayınmaya qarşı mübarizəni gücləndirməliyik” o qeyd edib.

Daha əvvəl “Politico” qəzetinin Avropa nəşri bildirmişdi ki, Aİ ölkələri yanvar ayında Rusiyanın enerji ixracına qarşı yönəlmiş 15-ci sanksiya paketinin hazırlanmasını sürətləndirəcəklər.

tag: Avropa Ittifaqı, Rusiya, ABŞ, Sanskiya, todaypress.az,