Aİ Rusiyanı Moldovada seçkilərə müdaxilə etməkdə ittiham etdi
Dünya
21.10.2024 18:45
Avropa Komissiyası Moldovada prezident seçkilərinə müdaxilənin olduğunu hesab edir.
TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Brüsseldə danışıb.
O vurğulayıb ki, AK ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı seçkilərdə və referendumda səsvermənin gedişini diqqətlə izləyir.
Stano əlavə edib ki, Moldova Aİ üçün mühüm tərəfdaşdır.
Onun sözlərinə görə, ölkədəki seçkilər Rusiya və onun müvəkkilləri tərəfindən görünməmiş təzyiq və hədə-qorxu şəraitində keçib.
Qeyd edək ki, Moldovada prezident seçkilərində namizədlərdən heç biri birinci turda qalib gəlmək üçün lazımi sayda səs toplaya bilməyib. İkinci turda Maya Sandu və Aleksandr Stoyanoqlo mübarizə aparacaqlar.
Günəş Mərd
tag: Avropa, Moldova, Rusiya, Seçki, Aİ,todaypress.az,