Aİ rusiyalı müğənniləri sanksiya siyahısına saldı
Dünya
25.06.2024 10:00
Rusiyalı müğənnilər "Shaman" və Polina Qaqarinanın adları Avropa İttifaqı sanksiya siyahısına daxil edilib.
TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında dərc olunmuş sənəddə bildirilib.
Yaroslav Dronovun (Şaman) sanksiya siyahısına daxil olmasına səbəb kimi onun Kremlin təşkil etdiyi konsertlərdə, eləcə də ilhaq edilmiş ərazilərdə çıxışı göstərilib:
"Dronov Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirən hərəkətləri və siyasəti dəstəkləyir. Polina Qaqarina da müntəzəm olaraq dövlət təbliğat tədbirlərində, məsələn, Ukraynanın dörd vilayətinin qanunsuz ilhaqı və ya Krımın ilhaqının ildönümü şərəfinə çıxış edir. Beləliklə, o, Ukraynanın ərazi bütövlüyünə xələl gətirən hərəkətləri dəstəkləyir”.
GÜNEL
tag: Avropa İttifaqı, Polina Qaqarina, Dronov,Sanksiya,todaypress.az,