Aİ Rusiyadan enerji asılılığına son qoymaqda qərarlıdır
Avropa Komissiyası Ukraynadakı münaqişənin mümkün siyasi həllindən asılı olmayaraq, Rusiya enerji resurslarından tamamilə imtina edilməsini tələb edəcək.
TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorqensen “TASS”a açıqlamasında bildirib.
“Avropa Komissiyası Rusiyadan enerji resurslarının alınmasından imtina planını təqdim edib. Biz açıq şəkildə bildirmişik ki, Rusiya ilə aparılan istənilən danışıqlardan asılı olmayaraq, onların resurslarının heç bir molekulunu almaq istəmirik” deyə Yorqensen vurğulayıb.
Komissarın sözlərinə görə, Aİ ölkələri 2025-ci ilin sonunadək Rusiyadan neft, qaz və nüvə yanacağı alışını tam dayandırmaq üzrə milli planlarını təqdim etməlidirlər.
Qiymət Mahir
tag: Avropa Komissiyası,Avropa İttifaqı,Ukrayna,Rusiya,todaypress.az,