Rusiya neftinin Türkiyə üzərindən idxalı ilə bağlı araşdırmalara başladı

Dünya

05.11.2024 18:50

Avropa Fırıldaqçılığa Qarşı Mübarizə İdarəsi (OLAF) tətbiq olunan sanksiyalardan yan keçərək, Rusiyadan gələn neft məhsullarının Türkiyə üzərindən tədarükünün mümkün hallarını araşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. 

Nəşr həmsöhbətlərinə istinadən Avropa İttifaqının (Aİ) prosesdə maraqlı olduğunu bildirir.

Bu sxemin “Rus malı deyil” etiketi vurularaq, qarışıq yanacağın idxalına imkan verən boşluqdan istifadə etdiyi güman edilir. Ola bilsin ki, milyonlarla barel dizel yanacağı Aİ-yə məhz belə göndərilir.

Qeyd edilib ki, söhbət Aİ-nin 2023-cü ilin fevralında embarqo tətbiq etdiyi gündən bu yana 3 türk limanından 3 milyard dollar məbləğində gəlirin əldə edilməsindən gedir. Bildirilir ki, yoxlama Brüssel və Ankara arasında münasibətlərin pisləşməsi fonunda keçirilir.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi dünya bazarında neft qiymətlərinin, o cümlədən Rusiyanın “Urals” nefti və “Uzaq Şərq ESPO”nun gündəlik monitorinqini həyata keçirəcək ixtisaslı şirkət tapmaq üçün müraciət dərc edib. 

Hesabatda bildirilir ki, departamentin neft bazarının hərtərəfli qiymətləndirilməsinə ehtiyac var, lakin bu, Rusiya neftinin maya dəyərinin məhdudlaşdırılması və müvafiq sanksiyaların tətbiqi kontekstində həyata keçirilməlidir.

Töhfə Səməd

tag: Avropa İttifaqı, Rusiya, Neft, ABŞ,OLAF, todaypress.az,